İranda zəlzələ olub
07 Noyabr 2012 Çərşənbə 11:39
Təkanlar Azərbaycanın Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd rayonlarında hiss olunub.
Bu gün İran islam Respublikasında zəlzələ baş verib. ANS PRESS-in Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadla verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 10:26-də İranda, Ordubaddan 92 km cənubi -şərqdə,Təbrizdən 47 km şimali-şərqdə zəlzələ qeydə alınıb.Zəlzələnin maqnitudası 6.10 olub.
Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunub.Tikililərdə dağıntı və insan tələfatı yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar