İranda zəlzələ olub
28 Avqust 2010 Şənbə 01:45
5,7 bal gücündə yeraltı təkanların episentri ölkənin şimalında qeydə alınıb.
İranın şimalında 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumat ABŞ Geoloji Xidmətinin saytında yerləşdirilib. Seysmoloqların məlumatına görə, yerli vaxtla saat 22.53-də (Bakı vaxtı ilə 23.23) baş verən yeraltı təkanların episentri Semnan şəhərindən 105 kilometr qərblə, 10 kilometr dərinlikdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat yoxdur.
Yer kürəsinin seysmik cəhətdcən ən aktiv on bölgəsindən biri olan İranda hər 10 ildən bir 7 baldan güclü zəlzələlər baş verib. 2003-cü ildə Bəm, 2005-ci ildə isə Zarand şəhərlərində baş vermiş zəlzələlər nəticəsində 31 mindən çox adam həlak olmuş, 42 minə yaxın adam xəsarət almışdı. Qədim Bəm şəhəri demək olar ki, tamamilə dağılıb və hələ də bərpa olunmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: