İranda zəlzələ: ölənlər var
06 Dekabr 2012 Cümə Axşamı 02:13
Cənubi Xorasan əyalətinin mərkəzində əhali arasında təşviş yaranıb
İranın qərbində baş vermiş zəlzələ nəticəsində 5 nəfər ölüb, 12 adam yaralanıb. ANS PRESS xəbər verir ki. Məlumatı Mehr agentliyi yayıb.

ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 5,6 bal olub, episentri Cənubi Xorasan əyalətində yerləşib. Əyalətin inzibati mərkəzi Bircəd şəhərində təşviş yaranıb, insanlar evlərini tərk ediblər.

Xatırladaq ki, avqustun 11-də Qərbi Azərbaycan əyalətində 6,2 bal gücündə zəlzələ baş vermiş. Dağıdıcı zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 adam yaralanmışdı. Əyalətin 538 kəndində 110-u tam vəya qismən dağılmış, təxminən 5000 binaya ciddi ziyan dəymişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar