İranda zəlzələ baş verib, 209 yaralı
04 Noyabr 2009 Çərşənbə 11:00
Zəlzələ bu gün səhərə yaxın baş verib
İranda səhərə yaxın 4.9 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, dağıntılar nəticəsində 209 nəfər yaralanıb. Tehran Universiteti Geofizika İnstitutunun məlumatına görə, zəlzələ ölkənin cənubundakı Bender Abbas şəhərində yerli vaxtla saat 02:56-da qeydə alınıb.
İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, zəlzələ əhali arasında təlaşa səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: