İranda zəlzələ baş verdi: 110 yaralı
31 İyul 2010 Şənbə 00:45
Dağıntılar altında çoxlu sayda sakin qalıb, tələfat istisna olunmur.
İranın şimal-qərbində 5,7 bal gücündə zəlzələ baş verib. Yerli Press TV telekanalının məlumatına görə, təbii fəalekət nəticəsində 100-dən artıq adam xəsarət alıb.
Yerli geoloji xidmət yeraltı təkanların yerli vaxtla saat 18:21-də (Bakı vaxtı ilə 18.51) qeydə alındığını açıqlayıb. Zəlzələnin episentri Xorasan əyalətində Heydəriyyə şəhərindən 7 kilometr aralıda olub. Şəhərin başçısı Moctaba Sadegian bildirib ki, 110 nəfər müxtəlif dərəcəli bədənq xəsarətləri alıb. Yaralılardan birinin vəziyyəti çox ağırdır. O, tələfatla bağlı məlumat verməyib. Lakin çoxsaylı sakinlərin dağıntılar altında qaldığını, ölənlərin sayının çox ola biləcəyini deyib. Məmurun sözlərinə görə, şəhərdəki tikililərin əksəriyyəti 50-80 faiz dağılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: