İranda zəlzələ baş verdi
21 İyul 2010 Çərşənbə 01:50
Fars əyalətinin Lar şəhəri yaxınlığındakı yeraltı təkanlar 5,8 bal gücündə olub.
Bir qədər əvvəl İranın cənubunda zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin internet saytında yayılan məlumata görə, 5,8 bal gücündə yeraltı təkanlar Fars körfəzi sahilində qeydə alınıb.

Seysmoloqlar zəlzələnin Bakı vaxtı ilə saat 00.38 radələrində qeydə alındığını bildirirlər. Yeraltı təkanların episentri Fars əyalətinin Lar şəhərindən 85 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə olub.

Dağıntı və tələfatla bağlı hələlik məlumat yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar