İranda yüksək vəzifəli din xadimi qətlə yetirldi
18 Sentyabr 2009 Cümə 01:40
Ekspertlər Şurasının üzvü Məhəmməd Şeyxülislamı evinin qarşısında güllələyiblər
İranın ekspertlər Şurasının üzvü Məhəmməd Şeyxülislam qətlə yetirilib. İran dövlət televiziyasının məlumatına görə, o, Kürdüstan ostanında evinin qarşısında güllələnib. Qətlin səbəbləri hələlik müəyyən edilməyib.
Bu, son həftə ərzində Kürdüstanın inzibati mərkəzi Sənəndəc şəhərində yüksək vəzifəli dini xadimlərə qarşı sayca ikinci sui-qəsddir. Ötən həftənin şənbə künü son prezident seçkilərində Mahmud Əhmədinejatı dəstəkləyən Borhan Əli Ruhani də eyni şəraitdə qətlə yetirilmişdi.
Ekspertlər Şurası İranın nüfuzlu dövlət orqanıdır. Qurum ölkənin dini liderini vəzifəyə təyin etmək və kənarlaşdırmaq hüququna malikdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar