İranda yeni silah növü hazırlanır
06 Sentyabr 2009 Bazar 21:00
Söhbət qanadlı raketlərin vurulması üçün nəzərdə tutulan müdafiə sistemindən gedir
İran hərbi sahədəki uğurları öyünməkdə davam edir. İngilis dilində yayımlanan İranın Press TV kanalının verdiyi məlumata, hazırda mütəxəssislər hava hücumundan müdafiə sistemi üzərində çalışırlar. Bu sistem qanadlı raketlərin vurulması üçün nəzərdə tutulur.
Hələlik sözügedən sistemin hazırlanması ilə bağlı detallar açıqlanmır.
DOSTLARINLA PAYLAŞ: