İranda yeni nəhəng neft yatağı aşkarlandı
24 Noyabr 2010 Çərşənbə 12:10
“Ferdevsi” yatağında olan neftin ümumi həcmi 34 milyon barreli ötür
İranın dövlət neft şirkəti olan “Pars Oil and Gas Company” ölkənin Fars körfəzi yaxınlığında yeni iri neft yatağının aşkarlandığı barədə məlumat yayıb. Şirkətin direktoru Əli Vəkili bildirib ki, “Ferdevsi” yatağında olan neftin təxmini ümumi həcmi 34 milyon barreli ötür. Hazırda yatağın ümumi həcmi dəqiqləşdirilir.

Əgər Vəkilinin dedikləri özünü doğrultsa, İslam Respublikasının kəşf olunmuş yataqlardakı neft ehtiyatı 150 milyon barreli ötəcək.

Ə. Vəkili həmçinin 20 milyard kubmetr qaz ehtiyatına malik yeni yatağın tapıldığını bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar