İranda Xoy şəhərinin prokuroru öldürülüb
19 Yanvar 2010 Çərşənbə Axşamı 01:30
Cinayətin təfərrüatları məlum deyil.
İranın Xoy şəhərinin prokuroru Vəli Hacı Qulizadə qətlə yetirilib. Məlumatı yerli İSNA agentliyi yayıb. Cinayətin təfərrüatları ilə bğla heç bir məlumat yoxdur. Bircə şey məlumdur ki, araşdırma aparılır və cinayətkarlar axtarışdadır.

Bu, son bir həftə ərzində İranda ikinci səs-küylü cinayətdir. Ötən çərşənbə axşamı Tehranda universitet professoru, nüvə fizikası mütəxəssisi Məsud Əli Məzəmmədi qətlə yetirilmişdi. O maşına oturmaq istəyərkən yaxınlıqda dayanmış motosikletdə quraşdırılan partlayıcı qurğu işə salınıb.

Bu cinayətə İran rəsmilərinin münasibəti özünü çox gözlətmədi. Onlar bəya etdilər ki, cinayətdə xarici xüsusi xidmət orqanlarının əli var. Fars və ərəb KİV-nin məlumatına görə, qətlin təşkilində İsrail və ABŞ günahlandırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar