İranda və Türkiyədə zəlzələ olub
06 Yanvar 2012 Cümə 14:52
Yeraltı təkanlar 5-4 bal gücündə qeydə alınıb.
Azərbaycanın iki qonşusunda zəlzələ baş verib. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, İranda qeydə alınan yeraltı təkanların gücü 5 bal olub. ABŞ Geologiya Xidmətinin məlıumatına görə, zəzlələnin episentri paytaxt Tehrandan 868 km cənubda, 32,5km dərinlikdə olub. Hələlik təkanlar nəticəsində dağıntı və tələfatın olub-olmamsı barədə məlumat verilməyib.

Növbəti təkanlar isə Türkiyədə qeydə alınıb. Zəlzələ Van və Qars şəhərlərinin yaxınlığında olub. Qarsın bəzi bölgələrində təkanlar 4, Vanda isə 4,3 bal gücündə qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar