İranda terror törədən üç nəfər edam olunub
30 May 2009 Şənbə 11:40
Həmin şəxsləri məsciddən bir az aralıda dara çəkiblər

 

İranın cənub-şərqində Zahedan şəhərindəki məsciddə terror törətməkdə günahlandırılan üç nəfər edam olunub. Bu barədə Gazeta.ru məlumat verib.

Məlumata görə, həmin şəxsləri məsciddən bir az aralıda dara çəkiblər.

Qeyd edək ki, İran cümə günü məsciddə baş vermiş terrora görə ABŞ-nı günahlandırıb. ABŞ dövlət departamentinin nümayəndəsi İan Kelli isə bu ittihamı qəti surətdə rədd edib. Ağ EV rəsmisi Robert Gibbs isə bu terroru qəti pisləyib.

Xatırladaq ki, İranın cənub-qərbindəki Zahedan şəhərində baş vermiş partlayış nəticəsində 25 nəfər ölüb, 120 adam xəsarət alıb. Məlumata görə, şəhər məscidində partlayışı terrorçu-kamikadze törədib. Lakin heç bir qruplaşma baş vermiş insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.

Zahedan şəhəri Sistan və Belucistan (Pakistanla sərhəddə yerləşir) əyalətinin inzibati mərkəzidir. Bu bölgədə tez-tez polislə narkotik alverçiləri, qaçaqmalçılar və silahlılar arasında qarşıdurmalar baş verir. “Fars” agentliyinin məlumatına görə, partlayışdan bir qədər sonra xüsusi xidmət orqanlarının əməkdaşları məscidin yaxınlığında ikinci partlayıcı qurğunu aşkar ediblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar