İranda terror: azı 20 ölü, 100-ə yaxın yaralı
16 İyul 2010 Cümə 00:35
İranda terror: azı 20 ölü, 100-ə yaxın yaralı. Şəhər məscidlərindən birinin qarşısında iki partlayış törədilib.
Ötən axşam İranın cənub-qərbindəki Sistan və Belucistan əyalətinin mərkəzi Zaheda şəhərində iki partlayış törədilib. Yerli KİV-in məlumatına görə, terror aktı nəticəsində azı 20 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.

İranın İRNA agentliyinin məlumatına görə, şəhər məscidlərindən birinin qarşısındakı partlayışı terrorçu-kamikadzelər törədiblər.

Sistan və Belucistan İranın qeyri-sabit bölgəsidir. 2010-cu ilin əvvəllərində İran xüsusi xidmət orqanları “Cundullah” silahlı qruplaşmasının liderini həbs edib. “Cundullah” uzun müddət Sistan və Belucistanda hərbçilər və polis əməkdaşlarına qarşı terror aktları həyata keçirib, eləcə də xarici vətəndaşları oğurlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar