İranda Konstitusiyaya nəzarət komissiyası bu gün prezident seçkilərində verilmiş səslərin bir hissəsinin yenidən sayılmasına başlayıb. Vesti-nin məlumatına görə, yalnız qanun pozuntusu aşkar olunmuş məntəqələrdə səslərə yenidən baxılacaq. Məlumata görə, bu cür məntəqələr ümumi seçki dairəsinin onda birini təşkil edir.
Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 12-də keçirilib. Nəticələrə görə, hazırkı prezident Mahmud Əhmədinejad seçkidə qalib gəlib. Onun əsas rəqibləri isə səsvermə zamanı pozuntuların olduğunu bildirirlər. İki həftə paytaxtda keçirilən etiraz nümayişlərində 25 nəfər həlak olub. /ANS PRESS/