İranda səslər yenidən sayılacaq
16 İyun 2009 Çərşənbə Axşamı 13:30
İranın Konstitusiyanı Müdafiə Şurası prezident seçkiləri ilə bağlı səslərin yenidən sayılması barədə qərar qəbul edib.
Xatırladaq ki, iyunun 12-də İranda keçirilən prezident seçkilərində indiki prezident Mahmud Əhmədinejatın 62,63% səs toplayaraq zəfər qazandığı, onun əsas rəqibi Mirhüseyn Musəvinin isə 33,75% səs topladığı açıqlanıb. İslahatçı namizəd M. Musəvi seçkilərin saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımayıb. Bundan sonra on minlərlə iranlı küçələrə çıxıb. Tehran küçələrində polislə nümayişçilər arasında toqquşmalar baş verib, nəticədə 8 nəfər ölüb.
Əlavə edək ki, İran prezidenti M. Əhmədinejat hazırda Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyanın Yekaterinburq şəhərində keçirilən toplantısında iştirak edir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar