İranda seçki başladı
14 İyun 2013 Cümə 09:59
Seçki məntəqələri axşam saat 18:00-a kimi açıq olacaq.
Bu gün İranda prezident seçkiləridir. ANS PRESS-in məlumatına görə, yerli vaxtla saat 08:00-da səsvermə başlayıb. İran ərazisində 60 min seşki məntəqəsi xidmətə açılıb.

Səsvermə axşam saat 18:00-a kimi davam edəcək. İranın 75 milyon əhalisinindən 50,5 milyonun səsvermə hüququ var.

İran vətəndaşlarının səverməsi üçün 96 ölkədə 290 məntədə də yaradılıb. 850 min seçki blüteni göndərilib.

11-ci prezident seçkisində namizədlərdən əgər hər hansı biri 50%-dən az səs toplayarsa, onda seçkinin ikinci mərhələsi keçiriləcək. Belə olacağı halda ikinci mərhələ iyunun 21-də baş tuta bilər.

Ölkənin ali dini lideri Əli Xamaneyi vətəndaşları seçkidə fəallıq göstərməyə çağırıb. İran mətbuatının ilkin hesablamalarına görə, bu il səsvermə 60% olacaq, Qeyd edək ki, 2009-cu ildə bu rəqəm 85 faiz idi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar