İranda şair Haşim Şabanı edam olundu
10 Fevral 2014 Bazar Ertəsi 16:59
Haşim Şabanı "Allahın düşməni" olduğu və milli təhlükəsizliyə təhdid meydana gətirdiyi səbəbiylə edam edilib.
İranda ərəb əsilli şair Haşim Şabanı "Allahın düşməni" olduğu və milli təhlükəsizliyə təhdid meydana gətirdiyi səbəbiylə edam edilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İranın avqustda vəzifəyə gələn prezidenti Həsən Ruhani müsbət addımlar ataraq dünyaya İranın "yumşaq üzünü" göstərərkən son altı ayda edam edilənlərin sayı 300-ü keçib.
Yerli insan hüquqları müdafiəçilərinə görə Şabanı və Hadi Raşidi adlı bir adam 27 Yanvar günü adı bilinmədən bir həbsxanada edam edilib.
2011-ci ildə "Allahın düşməni" olduğu səbəbiylə həbs olunan və o zamandan bəri həbsdə olan Şabanı və 13 adamı ötən il iyul ayında günahkar olduqları qərarı verilib.
32 yaşındakı Şabanı Dialoq İnstitutunun qurucusu olaraq bilinirdi və ərəb ilə fars dillərində şeirləri ilə məşhurdur. 2012-ci ildə İranın dövlət nəzarətində olan Press TV-yə çıxan Şabanı insan hüquqları müdafiəçilərinə görə separatçı terroru dəstəklədiyini etiraf etməyə məcbur edilib.
Beynəlxalq Əfv Təşkilatına görə İranda son iki həftə içində 40 adam edam edilib.
DOSTLARINLA PAYLAŞ: