İranda rəsmi saytlar internetdən ayrılacaq
06 Avqust 2012 Bazar Ertəsi 20:22
Ölkə hökuməti mühüm obyektlərin şəbəkə təhlükəsizliyini təmin etmək üçün orijinal addımlar atır.
Daimi kibertəhlükələr İran hökumətini mühüm obyektlərin şəbəkə təhlükəsizliyinin təmini üçün qətiyyətli addımlar atmağa vadar edib. Yayılmış informasiyaya görə, 2012-ci ilin sentyabrından bütün nazirliklər və ölkənin digər dövlət idarələri birbaşa haker hücumlarından qorunmaq, virus və digər ziyanverici proqram təminatının yayılmasının qarşısını almaq üçün internetdən ayrılacaqlar.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, İranın informasiya-rabitə texnologiyaları naziri Reza Taqipur belə təşəbbüslə çıxış edib. Onun fikrinə görə, internet ona dövlət sirlərini etibar etmək üçün o qədər təhlükəsiz məkan deyil. İranda 1.5 ildən sonra qlobal şəbəkə əvəzinə dövlət qulluqçuları üçün şəxsi "daxili" milli şəbəkə istifadəyə verilməlidir.
DOSTLARINLA PAYLAŞ: