İranda rəqabət "Facebook"a keçib
11 İyun 2009 Cümə Axşamı 15:25
150 mindən artıq "Facebook" istifadəçisi Mir Hüseyn Musəvini dəstəkləyir

İyunun 12-də İranda keçiriləcək prezident seçkisində rəqabət internet aləminə keçib. "CNN Türk"ün məlumatına görə, seçkidə əsas namizədlərdən sayılan Mir Hüseyn Musəvini dəstəkləyən gənclər təbliğat kampaniyasının sona çatmasına baxmayaraq, "Facebook" saytından kampaniyaya davam edirlər.
Qeyd edək ki, əhalisinin 2/3-nün 30 yaşdan yuxarı təşkil edən şəxslərin islahatçı namizəd Mir Hüseyn Musəvi böyük rəğbət qazanıb. Ölkədəki "Facebook" istifadəçilərinin sayı 150 mindən artıqdır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar