İranda qondarma erməni soyqrımı haqda kitabın nəşri qadağan edilib
17 İyul 2010 Şənbə 16:40
Kitabın fars dilinə tərcümə edilməsi və yayılmasına icazə verilmir.
İran hökuməti ölkədə qondarma erməni soyqrımı haqda kitabın fars dilinə tərcümə olunması və yayılmasını qadağan edib. İranın “İSNA” informasiya agentliyinin verdiyi məlumata görə, bu barədə kitabı alman dilindən fars dilinə tərcümə edən müəllif Səid Firuzabadi bildirib.

“Mən alman yazıçısı Jakob Kunzlerin “Göz yaşı və qana bulanmış torpaq” ( In the land of the tears and blood) adlı kitabını tərcümə etmişəm. Kitabın çap edilməsi üçün “Nair” tipoqrafiyasına müraciət etdim, lakin bir il ötməsinə baxmayaraq kitabın nəşr edilməsi üçün icazə ala bilmədim və nəticədə bu kitabın nəşri qadağan edildi”,- deyə Səid Firuzabadi bildirib.

Qeyd edək ki, Səid Firuzabadi Azad İslam Universitetinin professorudur. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar