İranda qeysəriyyə qadağan edilib
12 Avqust 2014 Çərşənbə Axşamı 16:11
İranda qeysəriyyə qadağan edilib. İran ölkədəki əhalinin sayını artırmaq üçün qərar verib.
İranda qeysəriyyə qadağan edilib.

ANS PRESS-in məlumatına görə, bu qərar ölkədəki əhali sayını artırmaq məqsədiylə verilib. Belə ki, ölkədə uşaqların törəməsini önləyəcək hər hansı bir cərrahi üsul qəti surətdə qadağan edilib. İran Məclisi ölkədəki əhali artımı sürətinin azalmasının qarşısını almaq və doğum nisbətini artırmağı hədəfləyir.

Qəbul edilən yeni qanuna əsasən bu işlə məşğul olunan həkimlər haqqında cinayət işi açılacaq. Məclisdə səsverməyə qoyulan qanun layihəsinə 231 deputatdan 143-ü tərəfindən müsbət cavab verilib. Səs çoxluğu ilə qəbul edilən qərar yaxın vaxtlarda qüvvəyə minəcək.

Eyni zamanda qərara əsasən, bütün media orqanlarında doğum nəzarət reklamlarına icazə verilməyəcək.

Qeyd edək ki, İran dini lideri Ayətullah Əli Xamneyi də bir neçə dəfə ölkədəki əhali artımının sürətlə azalmasını tənqid edib və bunun qarşısının alınmasını istəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar