İranda qaz istehlakı krikit hedde çatıb
02 Yanvar 2014 Cümə Axşamı 12:38
İranda qaz istehlakı krikit hedde çatıb. Elektrik stansiyalarına qaz tedarükü mehdudlaşdırılıb.
İranda senaye müessiselerine qaz tedarükünün mehdudlaşdırıldığı halda, ölkede soyuq hava şeraiti ile elaqedar qaz istehlakı kritik hedde çatıb. Bu barede Trend cüme axşamı "Tabnak" saytına istinaden melumat verir.

Dekabrın 30-da daxili ve kommersiya müessiselerinin ümumi qaz istehlakı sutkada 482 milyon kubmetri ötüb ki, bu da öten il martın 21-de başlayan cari İran teqvim ilinin yeni rekordunu müeyyenleşdirib.

Elektrik stansiyalarına qaz tedarükü mehdudlaşdırılıb, poladtökme, sement ve neft-kimya saheleri daxil olmaqla, ölkenin esas senaye saheleri qaz çatışmazlığı ile üzleşibler.

Tehranda, hemçinin ölkenin şimal ve qerb vilayetlerinde bezi avtomobil qazdoldurma kompressor stansiyalarına (AQKS) qazın verilişi çatışmazlıq ve aşağı tezyiq sebebinden dayandırılıb ki, bu da benzin istehlakının xeyli artmasına getirib çıxarıb.

İranın AQKS Sahibleri İttifaqının Direktorlar Şurasının sedri Ardeşir Dadras bildirib ki, çatışmazlıq ve aşağı tezyiq sebebinden Tehranda AQKS-lerin teqriben 50 faizi bağlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar