İranda qadın hüquq müdafiəçisini ölüm hökmü gözləyir
05 Sentyabr 2010 Bazar 03:10
Şivə Nəzər-Axari hakimiyyət əleyhinə təbliğatda, ictimai asayişin pozulmasında, İslam əleyhinə cinayətdə təqsirli bilinir.
İranda ölüm hökmünə məhkum edilmək təhlükəsi olan hüquq müdafiəçisi və jurnalist Şivə Nəzər-Axarinin məhkəmə prosesi başa çatıb. Ona qarşı irəli sürülmüş ittihamlar arasında hakimiyyət əleyhinə təbliğat, ictimai asayişin pozulması, İslam əleyhinə cinayət də var. Bununla belə, hüquq müdafiəçisinin vəkili ümid edir ki, ona daha yüngül cəza veriləcək.
Qeyd edək ki, 26 yaşlı hüquq müdafiəçisi ötən il də həbs edilmişdi. O vaxt onu prezident seçkilərindən sonra müxalifətin keçirdiyi etiraz aksiyalarında iştirakda təqsirli bilirdilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: