İranda prezident seçkisində namizəd olan Mir Hüseyn Musəvi və Mehdi Karrubiyə qarşı sui-qəsdin qarşısı alınıb. "CNN Türk"ün İran mətbuatına istinadən verdiyi məlumata görə, qəsdə cəhd etməkdə şübhəli bilinən 5 terrorçudan artıq 4-ü saxlanılıb. Məlumata görə, Xalqın Mücahidləri Təşkilatı terrorçularının Eşrəf düşərgəsində xüsusi təlim gördükləri, namizədləri öldürəndən sonra günahı hökumətin üstünə atmaq istədikləri bildirilib.
Xəbərdə təşkilat üzvlərinin bir müddət öncə eks prezident Məhəmməd Hatəminin olduğu təyyarəyə bomba yerləşdirmək cəhdlərinin qarşısının alındığı da qeyd edilib. /ANS PRESS/