İranda prezident seçkisi başlayıb
12 İyun 2009 Cümə 10:20
Bu gün yerli vaxtla saat 08.00-da İran İslam Respublikasında prezident seçkisi başlayıb.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səsvermədə yaşı 18-ə çatmış 46 milyon ölkə vətəndaşı iştirak edə biləcək. Məntəqələr yerli vaxtla saat 18.00-da bağlanacaq.
Prezident kürsüsü uğrunda 4 namizəd – indiki prezident Mahmud Əhmədinejat, sabiq baş nazir Mirhüseyn Musəvi, parlamentin keçmiş sədri Mehdi Kərrubi və İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai mübarizə aparacaq. Lakin yarışın əsas favoritləri M. Əhmədinejat və M. Musəvidir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar