İranda PKK-çı edam edilib
17 Yanvar 2011 Bazar Ertəsi 21:55
Beynəlxalq təşkilat bu ölkədə hər 8 saatda bir nəfərin edam edildiyini açıqlayıb
İranda PKK terror təşkilatının PJAK qanadının bir izvü edam edilib. Qərbi Azərbaycan əyalətinin mərkəzi - Urmiya şəhərində asılaraq edam edilən terrorçunun kimliyi barədə açıqlama verilməyib. Amma İran dövlət televiziyası onun 6 il əvvəl sərhəd məntəqələrindən birinə basqında iştirak etdiyi və bir sərhədçinin qətlində əli olması barədə məlumat yayıb. Həmçinin xəbərdə onun uzun zamandan bəri PJAK-nın üzvü olduğu və terror təşkilatının nəzdindəki qruplardan birinin rəhbəri olduğu qeyd edilib.
Bu arada isə İnsan Haqları beynəlxalq təşkilatının hesabatında hər 8 saatda İranda bir nəfərin asılaraq edam edildiyi bildirilib. Hesabata görə, son 17 gün ərzində İranda 47 məhbus edam edilib. Ötən il isə bu rəqəm ən azı 179 nəfərin asıldığı bildirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: