İranda partlayışı kim törədib?
15 Dekabr 2010 Çərşənbə 19:15
Terror aktına görə məsuliyyəti "Cundallah" qruplaşması öz üzərinə götürüb
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində törədilmiş güclü terror aktına görə məsuliyyəti regionda fəaliyyət göstərən “Cundallah” qruplaşması öz üzərinə götürüb. Pakistanla sərhəd yaxınlığındakı Çabahar şəhərində yüzlərlə insanın matəm mərasimində iştirak etdiyi imam Hüseyn şiə məscidi və şəhər inzibati binasının yaxınlığında terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində azı 38 nəfər ölüb, 60-dək insan yaralanıb.
Bundan başqa, hüquq-mühafizə orqanı əməkdaşları daha bir terror aktının qarşısını ala biliblər. İkinci terrorçu üzərindəki partlayıcı qurğunu işə salmazdan əvvəl həbs olunub. Yerli rəsmiləri son üç gün ərzində partlayış hədələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildiriblər.
Qeyd edək ki, İranda terror aktı Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin ölümünün ildönümünə həsr olunmuş matəm tədbirlərinin keçirildiyi bir vaxtda törədilib.
DOSTLARINLA PAYLAŞ: