İranda ölənlərin sayı artır
27 Dekabr 2009 Bazar 21:15
Müxalifət mənbələri iddia edir ki, polis tərəfindən 8 aksiya iştirakçısı güllələnib
İranda davam edən qarşıdurma nəticəsində ölənlərin sayı artır. İran müxalifəti bəyan edib ki, nümayişçilərlə polis arasında baş verən toqquşma zamanı 8 aksiya iştirakçısı güllələnib.
Müxalifət saytlarının yaydığı məlumata görə, 4 nümayiş iştirakçısı Tehranda, 4-ü isə Təbrizdə həlak olub.
BBC-nin Tehrandakı müxbiri müxalifət lideri Mirhüseyn Musəvinin qardaşı oğlunun ölüm faktını da təsdiqləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: