İranda nüvə mütəxəssisi öldürülüb
24 İyul 2011 Bazar 13:39
35 yaşlı alimə evinin qarşısında sui-qəsd olub.
İranın paytaxtı Tehranda bu ölkənin Atom Enerjisi Təşkilatının əməkdaşı, 35 yaşlı fizik Dəryuş Rizai qətlə yetirilib. Məlumatlara görə, ona yaşadığı evin qarşısında sui-qəsd təşkil edilib. Belə ki, Rizai həyat yoldaşı və qızı ilə birlikdə, şəxsi avtomobilində evinə yaxınlaşarkən 2 motosikletçi onlara 5 dəfə atəş açıb.
İnsident nəticəsində Dəryuş Rizai hadisə yerindəcə ölüb. Onun həyat yoldaşı isə xəsarət alıb. Qətli törədənlər hadisə yerindən uzaqlaşmağı bacarıb.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Qətli törətmiş şəxslər axtarlır.
Xatırladaq ki, son bir ay ərzində İranda nüvə proqramı sahəsində çalışan Məcid Şəhriari və Məsud Əli Məhəmmədi də qətlə yetirilib. Rəsmi Tehran həmin qətllərdə Amerika Birləşmiş Ştatları və İsrail xüsusi xidmət orqanlarını ittiham edir. anspress
DOSTLARINLA PAYLAŞ: