İranda "Newsweek"in əməkdaşı həbs edilib
22 İyun 2009 Bazar Ertəsi 09:25
Jurnal redaksiyası Maziar Baharinin saxlanmasını tənqid edib və İran hökumətini onu azad etməyə çağırıb

 

İranda "Newsweek" jurnalının əməkdaşı, Kanada vətəndaşlığı olan Maziar Bahari həbs edilib. Bu barədə məlumatı "France Presse" agentliyi yayıb.
Maziar Baharinin həmkarlarının verdiyi məlumata görə, son 10 ildə o, İranda yaşayıb və bu ölkə administrasiyası ilə əməkdaşlıq edib. Onun reportajları həmişə dəqiqliyi ilə seçilib. Redaksiya jurnalistin saxlanmasını tənqid edib və İran hökumətini onu azad etməyə çağırıb. Jurnalın bəyanatında bildirilir ki, "heç bir günahı olmayan jurnalistin həbsi İranda mətbuat azadlığının pozulmasıdır".

Agentliyin məlumatına görə, iyunun 14-dən bu yana İranda ən azı 23 yerli jurnalist və bloqçu həbs edilib. "Sərhədsiz Reportyorlar Təşkilatı" onların adlarını dərc edib.

Xatırladaq ki, İranda iyun ayının 12-də keçirilən prezident seçkisindən sonra seçkinin nəticələri ilə razılaşmayan minlərlə sakin  küçələrə çıxıb.  Baş vermiş qarşıdurmalar nəticəsində 21 nəfər ölüb. Müxaliftəin əsas tələbi seçkinin yenidən keçirilməsidir.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar