İranda Mirhüseyn Musəvi və Mehdi Kərrubi həbs edildi
01 Mart 2011 Çərşənbə Axşamı 00:56
Hakimiyyət isə müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi nə yalnız təmas məhdudiyyətinin qoyulduğunu bildirir.
İran hakimiyyəti İran müxalifətinin iki nüfuzlu lideri və prezidentliyə keçmiş namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubini həbs edib. Bu barədə məlmatı “Kaleme” müxalifət saytı yayıb. Məlumatda deyilir ki, mənbələr müxalifət liderlərinin “Heşmatiyeh” həbsxanasına aparıldığını bildirirlər. Həbslərlə bağlı digər təfərrüatlar məlum deyil.
İranın “Fars” agentliyi isə fərqli məlumat yayıb. Məlumata görə, İranın məhkəmə hakimiyyəti Mirhüseyn Musəvi və Mehdi Kərrubinin həbsini təkzib edib. “Onlar öz evlərindədirlər və yalnız təmaslarına məhdudiyyət qoyulub”, - deyə məşhkəmə hakimiüyyətinin nümayəndələri bildiriblər.
Fevralın 10-da İran hakimiyyəti Mehdi Kərrubini Misir müxalifətinə dəstək aksiyasının keçirilməsi çağırışından sonra ev dustağına çevirib. Onukn Tehrandakı evinin yaxınlığında mühafizə postları yaradılıb, hətta qohumları da müxalifət lideri ilə görüşə buraxılmayıb. Məhdudiyyətlər fevralın 14-nədək davam edib.
Fevralın əvvəllərində Mehdi Kərrubi və Mirhüseyn Musəvi İran hakimiyyətinə müraciət edərək, fevralın 14-də Misir xalqına dəstək aksiyasının keçirilməsinə icazə istəyiblər. Lakin hakimiyyət müxalifətçilərin müraciətini rədd edib. Buna baxmayaraq, aksiya keçirilib. Fevralın 14-də Tehran Universiteti qarşısında icazəsiz aksiya zamanı nümayişçilərlə təhlükəszilik qüvvələri arasında toqquşmalar olub, nəticədə iki nəfər hhəlak olub. Həmin gün polis əməkdaşları Mirhüseyn Musəvinin aksiyada iştirakının qarşısını almaq üçün evini mühasirəyə alıb, telefon xəttləri kəsilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: