İranda milli e-poçt xidmeti istifadeye verilib
10 İyul 2013 Çərşənbə 20:38
Resmi statistikaya esasen, hazırda İran ehalisinin texminen 50 faizi internetdən istifade edir.
İranda tamamilə milli ixtiralar və açıq proqram təminatı üzərində qurulmuş milli elektron poçt xidməti istifadəyə verilib.

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Həsən Naminin sözlərinə görə, servisin proqram təminatı hissəsi demək olar ki, tam yerli proqramçılar tərəfindən yaradılıb.

Yeni yaradılmış xidmət İranın poçt administrasiyası tərəfindən idarə olunacaq və hər bir vətəndaşa unikal elektron poçt ünvanı veriləcək. Rəsmi statistikaya əsasən, hazırda İran əhalisinin sayı təxminən 75 milyondur və onlardan 50 faizi internetdən istifadə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar