İranda məhşur kosmetika markalarından birinin fəaliyyəti dayandırılıb
24 Avqust 2010 Çərşənbə Axşamı 02:10
Şirkət rəsmiləri isə İranın niyə belə bir addım atdığını bilmədiklərini deyiblər.
İran İsveçin dünyada məhşur olan kosmetika markası “Oriflame”nin (Arifleym) fəaliyyətini dayandırıb. Şirkət rəsmiləri isə bunun üçün hər hansı bir səbəb göstərilmədiyini deyib.

Şirkətin maliyyə direktoru Qabriel Bennet hesab edir ki, İran rəsmiləri şirkətin iş sistemindən (qadınların evdən çıxmadan işləyərək pul qazanması) narahat ola bilər.

İranda son vaxtlar işləməyin çox çətinləşdiyini deyən Bennet bu ölkədə məhsullarını sata biləcəklərini ümid etdiyini bildirib.

Qeyd edək ki, İranda təxminən 40 000 qadının “Oriflame” məhsullarını satdığı bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar