İranda kütləvi həbs
18 İyul 2010 Bazar 12:30
İranda kütləvi həbs. 40 nəfər ölkədə təhlükəli vəziyyət yaratmaqda itiham olunur.
İranın Sistan və Bəlucistan əyalətlərində baş vermiş partlayışlarla əlaqədar olaraq ölkənin hüquq-mühafizə orqanları 40 nəfəri həbs edib.
İran baş polisinin köməkçisi general Əhməd Reza Radan bildirib ki, faciə ilə bağlı həbs olunan 40 nəfər hadisənin baş verdiyi Zahidan şəhərində təhlükəli vəziyyət yaratmağa cəh etməyə çalışıblar.
Polis müavini deyib ki, faciə nəticəsində həlak olanlar arasında 2 polis əməkdaşı da olub,10 nəfər isə yaralanıb. Bu ərəfədə faciə qurbanlarının dəfn mərasimində iştirak edənlər Amerika və İsrail əleyhinə şüarlar səsləndiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: