İranda kimya zavodunda güclü partlayış oldu
09 May 2013 Cümə Axşamı 13:31
Zavod təzə açılmışdı.
Bu gün İranın İsfahan şəhərində yerləşən yeni "Yalda" kimya zavodunda partlayış olub. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.
Partlayış zavod istismara verildikdən sonra baş verib.
Alov müəssisədən yüz metr məsafayə yayılıb.
Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları gəlib, hazırda vəziyyət nəzarət altındadır.
Partlayış nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.
DOSTLARINLA PAYLAŞ: