İranın demokratik müxalifətinin lideri, sabiq baş nazir Mir-Hüseyn Musəvi bu yaxınlarda ölkədə keçirilən prezident seçkilərinin nəticələrindən razı olmadığını bildirib və qeyd edib ki, seçkilərdən sonra ölkədə keçirilən etiraz aksiyalarında xarici dövlətlərin əli olmayıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, müxalifət liderinin bu bəyanatı onun rəsmi saytında yerləşdirilib.
“Etirazlar əcnəbilərlə bağlı deyil. Seçkilərdə iranlıların hüquqları pozulub”, - deyə o bildirib./ANS PRESS/