İranda jurnalist həbs olunub
05 Yanvar 2010 Çərşənbə Axşamı 06:05
İranda daha bir müxalifətçi jurnalist həbs olunub.
İrandakı müxaliflərə aid internet saytlarında verilən məlumata görə, Bəhmən Əhmədi Amuvi 2 ay əvvəl faliyyəti dayandırılan və iqtisadi xəbərlər verən “Sərmayə” qəzetinin yazarıdır. Qeyd edək ki, Mahmud Əhmədinejatın iqtisadiyyat siyasətini tənqid edən Amuvi 20 iyun 2009-cu il tarixdən bəri nəzarətdə saxlanılırdı. Məhkəmə Bəhmən Əhmədi Amuvi barəsində 7 il 4 ay həbs və 34 qamçı cəzası verib. Qərarın nəyə istinadən verilməsi barədə isə məlumat verilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar