İranda islahatçı namizəd öndədir
27 May 2009 Çərşənbə 19:30
12 iyunda İranda keçiriləcək prezident seçkilərində əsas mübarizənin Əhmədinejadla Musəvi arasında olacağı bildirilir

 

İranda prezidentliyə namizədlərindən islahatçı Mir Hüseyin Musəviyə xalq dəstəyi artır. ANS PRESS-in «CNNTürk»ə istinadən verdiyi məlumata görə, ölkənin 10 böyük əyalətindəki anket sorğusu nəticələrində Mir Hüseyn Musəvi 38 faiz nisbəti ilə prezident Mahmud Əhmədinejaddan 4 bal irəlidədir. Paytaxt Tehranda da Musəvi xalqın 47 faizinin dəstəyini qazanaraq indiki prezident Əhmədinejadı 4 faiz qabanlayıb.

Qum əyalətindəki anketdə də Musəvi və Əhmədinejad 30 faizlə namizədlərin siyahısında ilk sıradadır.

Ümumilikdə İranın 30 vilayətində ötən həftə aparılan sorğunun nəticələrinə görə, Əhmədinejad 54,5 faizlə ilk sırada qərarlaşıb.

12 iyunda İranda keçiriləcək prezident seçkilərində əsas mübarizənin indiki prezident Əhmədinejadla Musəvi arasında olacağı bildirilir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar