İranda ilk Kiber polis idarəsi yaradılıb
24 Yanvar 2011 Bazar Ertəsi 06:55
İranda ilk Kiber polis idarəsi yaradılıb. İran “Stuksnet” virusundan sonra özünün internet sistemində müdafiəsini gücləndirmək niyyətindədir.
İran dövlət televiziya kanalları ölkədə ilk kiber polis idarəsi yaradıldığını elan edib. Məqsəd rəqəmsal dünyada üstünlük əldə etməkdir. Bundan başqa, İran nüvə proqramı ilə əlaqəli komputerlərə yol tapmış “Stuksnet” virusundan sonra özünün internet sistemində müdafiəsini gücləndirmək niyyətindədir. Qeyd edək ki, İranda ilk kiber polis Tehranda fəaliyyətə başlayıb, lakin 2012-ci ilədək belə şöbənin ölkənin bütün polis idarələrində fəaliyyət göstərəcəyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: