İranda iki nəfərə spirtli içki içdiyinə görə edam cəzası verilib
26 İyun 2012 Çərşənbə Axşamı 11:28
Edam İranın şimal-şərqindəki Xorasan Rezavi əyalətində icra ediləcək
İranda spirtli içki içən iki nəfər edam cəzası alıb. ANS PRESS-in məlumatına görə, məhkəmə 3-cü dəfə içki içkdikləri üçün saxlanılan şəxslər barəsində ən ağır qərar çıxarıb. Edam İranın şimal-şərqindəki Xorasan Rezavi əyalətində icra ediləcək. Edam cəzasına məhkum edilənlərin şəxsiyyəti açıqlanmayıb.
Qeyd edək ki, İran qanunlarına görə, içki içən 80 qamçı zərbəsi ilə cəzalandırılır. Lakin bu pozuntu üçüncü dəfə təkrar edilərsə, cəza daha sərt olur və ölüm hökmü verilir.
Məsələ ilə bağlı açıqlama verən əyalət rəsmisi Həsən Şəriati spirtli içki qəbul edənlərə qarşı əsla xoş niyyət nümayiş etdirməyəcəklərini və şiddətli şəkildə cəzalandırılacaqlarını açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: