İranda Hüseyn Musəvinin qızları polisə aparıldılar
12 Fevral 2013 Çərşənbə Axşamı 01:18
Müxalifət liderinin qızları Nərgiz və Zəhranın evində axtarış olub.
İran hakimiyyəti müxalifət lideri Hüseyn Musəvinin qızlarını həbs edib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Nərgiz və Zəhranın evlərində axtarış olub və hər iki qadın polis şöbəsinə aparılıb. Həbsin səbəbləri hələlik məlum deyil. Onların valideynləri 2009-cu ildən ev dustaqlığı şəraitində yaşayır.

Ən son məlumata görə, Hüseyn Musəvinin qızları dindirildikdən sonra azad ediliblər.

Qeyd edək ki, ötən il İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı altı ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona 5 il ərzində ölkənin siyasi və mədəni həyatında iştirak etmək qadağası da qoyub.

Hüseyn Musəvi 1981-1989-cu illərdə İranın baş naziri olub. O, 2009-cu ildə prezident seçkilərinə qatılıb və rəsmi nəticələrə görə Mahmud Əhmədinejata məğlub olub. Seçkilərin nəticələri açıqlandıqdan sonra İranda kütləvi etirazlar başlayıb. Nümayişçilərlə polis əməkdaşları arasında toqquşmalarda onlarla adam həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar