İranda həbs olunan müxalifətçilər zorlamaya məruz qalıb
11 Avqust 2009 Çərşənbə Axşamı 01:40
Islahatçi namizəd Mehdi Kərrubi Haşimi Rəfsəncanidən bu iddiaların araşdırılmasını tələb edib

İranda keçirilən prezident seçkisindən sonra baş vermiş hadisələrdə saxlanılan müxalifətçilər həbsxanada cinsi zorlamaya məruz qalıb. “Haberler.com” saytının yaydığı məlumata görə, bunu islahatçı namizədlərdən olan Mehdi Kərrubi Dini məsləhət şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaniyə yazdığı məktubda bildirib. Kərrubi 10 gün əvvəl yazdığı məktubda bəzi məhkumların ona üzqızardıcı hadisələr danışdığını, danışılanlara görə bəzi cavan kişilərin və qadınların zorlamaya məruz qaldığını bildirib. Mehdi Kərrubi Haşimi Rəfsəncanidən bu iddiaların araşdırılmasını tələb edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar