İranda həbs edilən amerikalılar nişanlanıb
24 May 2010 Bazar Ertəsi 20:20
Onlar azadlığa çıxdıqdan sonra evlənməyi planlaşdırırlar.
2009-cu ilin iyul ayında İranda iğtişaşlar yaratmaq ittihamı ilə həbs edilən ABŞ vətəndaşları Şeyn Bauer və Sara Şourd nişanlanıb. Bu barədə həbsdə olan amerikalıların valideynləri məlumat veriblər.

Onların sözlərinə görə, Bauer və Şourd azadlığa çıxdıqdan sonra evlənməyi planlaşdırırlar. Həbsdə olan amerikalıların valideynləri iddia edirlər ki, Bauer və Şourd İraqın şərqində piyada səyahət edərkən azaraq İran ərazisinə keçiblər. Qeyd edək ki, həmin şəxslər həqiqətən də İraqla sərhəddə həbs ediliblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar