İranda həbs edilən amerikalı jurnalist azadlığa buraxılacaq
11 May 2009 Bazar Ertəsi 16:40
Rəqsanə Saberinin 8 illik cəza müddəti 2 il şərti cəza ilə əvəzlənib

İranda ABŞ-a  casusluqda ittiham edilərək həbs edilən amerikalı jurnalist Rəqsanə Saberinin cəzası dəyişdirilib.  İranın Apellyasiya Məhkəməsi jurnalistin cəzasını 2 ilə endirib. Onun vəkili Abdulsəməd Horasani müdafiə etdiyi şəxsə şərti cəza verildiyini və Saberinin tezliklə azadlığa buraxılacağını bildirib.
Qeyd edək kİ, əslən iranlı olan jurnalist yanvarın 31-də spirtli içki əldə etməyə cəhddə ittiham edilərək həbs edilib. Daha sonra isə o, qanunsuz fəaliyyət göstərdiyinə görə və ABŞ-ın xeyrinə casusluq etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar