İranda güclü zəlzələ olub
23 Dekabr 2012 Bazar 14:17
İranda güclü zəlzələ olub. Təkanlar Azərbaycanda da hiss edilib.
İranın Qərbi Azərbaycan vilayətində güclü zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, təkanlar Naxçıvandan 82 km cənubi - qərbdə, Təbrizdən 126 km şimali-qərbdə zəlzələ qeydə alınıb. Yerli vaxtla 10:38-da baş verən zəlzələ 2 km dərinlikdə 5.10 maqnitudada olub.
Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunub.Tikililərdə dağıntı və insan tələfatı yoxdur.
DOSTLARINLA PAYLAŞ: