İranda güclü zəlzələ olub
02 İyul 2012 Bazar Ertəsi 11:33
Yeraltı təkanlar 5,3 bal gücündə baş verib.
İranın şərqində 5,3 bal gücündə zəlzələ olub. ANS PRESS ABŞ Geologiya xidmətinə istinadən bildirir ki, zəlzələ mərkəzi 23,1 km dərinlikdə olub. Zəlzələnin episentri Taybad şəhərindən 86 km cənub-qərbdə olub. Dağıntılar barədə məlumat yoxdur.
DOSTLARINLA PAYLAŞ: