İranda güclü zelzele oldu
19 May 2013 Bazar 07:16
Budəfəki yeraltı təkanların gücü 5,6 bal olub.
İranda yenidən güclü zəlzələ baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İranın cənubundakı Hörmüzqan vilayətində qeydə alınan yeraltı təkanların gücü 5,6 bal gücündə olub.

ABŞ-ın Milli Geoloji xidmətinin açıqlamasına əsasən, iki 5,6 və 5,5 bal gücündə yeraltı təkan Minab şəhərindən 88 və 81 km cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və insan tələfatı barədə məlumat verilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar