İranda güclü zəlzələ baş verib
28 Fevral 2012 Çərşənbə Axşamı 12:47
5,4 bal gücündəki təkanlar nəticəsində 6 nəfət xəsarət alıb.
İranın şərq hissəsində yerləşən Rəvan şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, təkanlar nəticəsində 6 nəfər yaralanıb. İran dövlət televiziyasının məlumatına görə, yeraltı təkanlar binaları, yolları, su kanallarını və şəhərin yaxınlığında yerləşən su anbarını da zədələyib.
Qeyd edək ki, Rəvan şəhəri paytaxt Tehrandan 750 km şərqində yerləşir.
DOSTLARINLA PAYLAŞ: