İran hakimiyyəti bəyan edib ki, iyunda ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən 4 min insan həbs olunub. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu, hakimyyətin əvvəllər açıqladığı rəqəmlərdən bir qədər artıqdır.
İslam Respublikası hakimyyəti nümayəndəsinin sözlərinə görə, onlardan təqribən 3 min nəfər seçkilərdən bir həftə sonra buraxılıb.
Lakin hakimiyyət nüməyəndələri ölkədə qarışıqlığın yaradılmasına görə məsuliyyət daşıyan şəxslərin hələ də həbsdə olduqlarını bildiriblər. /ANS PRESS/