İranda ermənilər qəzaya uğradı
20 Mart 2012 Çərşənbə Axşamı 19:09
Avtobusun qəzaya uğramasına səbəb təkərin zədələnməsi olub.
İrandan Ermənistana gedən sərnişin avtobusu İranın Mərənd şəhərində qəzaya uğrayıb. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi məlumata görə, avtobusda 10 nəfər erməni olub.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, 3 İran vətəndaşı olan erməni ölüb, 15 nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, avtobusun qəzaya uğramasına səbəb təkərin zədələnməsi olub.
DOSTLARINLA PAYLAŞ: